Maharacadan ibrətamiz dərs

Cay Sinqh Maharaca Alvara günlərin birində Londonda gəzərkən o zaman məşhur olan «Rolls-Royce» avtosalonunu görür və onu maraqlandıran modellərlə bağlı məsləhət almaq üçün məkana daxil olmağa qərar verir. Lakin heç kəsin gözləmədiyi bir hadisə baş verir.

Müştərinin monarx olduğunu bilməyən satıcı onun xarici görünüşünə nəzər salaraq salondan qovub. Cay Sinqh bunu heç cür bağışlaya bilməzdi. O, satıcını qeyri-adi üsulla cəzalandırmağa qərar verir.

Maharaca elə həmin avtosalondan 6 ən dəbdəbəli avtomobil alır və onların Hindistana çatdırılmasını xahiş edir. Avtomobillər şəhərdəki məişət tullantılarının daşınması üçün bələdiyyəyə verilir.

Əlbəttə ki, bu, avtosalonun reputasiyası üçün böyük zərbə idi. Yeni zibilyığan maşınlar barədə xəbər bütün dünyaya yayılır və şirkətin gəlirləri kəskin şəkildə azalır.
Davamı →

Şərəf məsələsi

Napoleona qarşı azadlıq müharibəsində Prusiya kraliçası Marianne 1813'cü ildə bütün alman qadınlarına müraciət edir və xahiş edir ki, qızıl və digər zinət əşyalarını ordunun maliyyələşməsi üçün dövlətə versinlər, əvəzində onlara dəmirdən/tökmə çuqundan hazırlanmış üzük və digər zərgərlik əşyaları veriləcək.

Bu üzük və əşyaların üzərində "Ölkəmizin rifahı üçün" (Für das Wohl des Vaterlands-For the welfare of our country / fatherland) və «Qızılı dəmirə dəyişdim» (Gold gab ich für Eisen-I gave gold for iron) yazılırdı. Dəmirdən düzəldilmiş zinət əşyalarının elə çox maddi dəyəri olmasa da, bir çoxları üçün bu bər-bəzəklə gəzmək bir şərəf məsələsi idi.
Davamı →

Hatiko


Hatiko
Hatiko- akita-inu cinsindən olan bu it Yaponiyanın sadiqlik və vəfalılıq rəmzidir.
Hatikonun sahibi Tokio universitetinin professoru hər gün metro ilə işə gedirmiş. Və Hatiko onu hər gün metro stansiyasından işə, işdən evə ötürürmüş. Bu hal professorunun dərs zamanı infarktdan keçindiyi günə qədər davam etmişdir. Hər gün sahibini görmək ümidi ilə metro stansiyasına gələn it sahibini görmədiyi üçün həmin metro stansiyasında gecələyirdi. Bir neçə dəfə professorun yaxınların və dostları iti öz evlərinə aparmağa cəhd etsələr də, it qaçaraq həmin metro stansiyasına gəlirmiş. Bu hal 9 il ərzində hər gün təkrarlanmışdı. Bir gün Hatikonun cəsədi metro stansiyasının yaxınlığında hərəkətsiz qatarın altında aşkarlanmışdır. Vəfalı dostun sağlığında ikən ona stansiya yaxınlığında heykəl ucaldılmışdır. Öləndən sonra isə ölüm tarixi Yaponiya xalqı üçün matəm günü elan edilmişdir. Bənzərsiz dost haqqında çəkilmiş Hollywood filmi isə bütün dünyada onu daha da məhşur etmişdir.

Ardı →